Təcrübəli mütəxəssis "Kəpəz"lə razılığa gələ bilməyib.

Rekord.az xəbər verir ki, əslində danışıqlar normal gedirdi, Əsədov da böyük ölçüdə razılığını vermişdi.

Lakin son anda tərəflər razılığa gələ bilməyib. Əldə etdiyimiz məlumata görə, burada AFFA-dan Əsədova başqa bir iş təklifinin gəlməsi də rol oynaya bilər. Hər halda, düşünüb ki, Gəncədə təzyiq altında işləməkdənsə, Bakıda, evinin içində rahat mühitdə işləmək daha münasib olar. Təcrübəli məşqçinin federasiyada hansı işdə işləyəcəyi də yaxın günlərdə açıqlanacaq.