
"Kəpəz"in idman direktoru cibindən xərclədiyi pulu AFFA-dan istəyir
- 28 Sen 2022 13:00
- 546
"Kəpəz"də maddi durum hələ də stabilləşmir.
Rekord.az xəbər verir ki, buna səbəb AFFA-nın hələ də klubun büdcəsini təsdiqləməməsi, lazım olan vəsaiti köçürməməsidir.
Daha öncə də bildirmişdik ki, klubun icraçı direktoru İlqar Nadirli aradan keçən müddətdə komanda üçün cibindən şəxsi vəsaitini xərcləyib. Köçürmə olacağı təqdirdə isə federasiyadan məhz cibindən xərclədiyi məbləği tələb edəcək.