
"Kəpəz"in futbol akademiyasında tikinti qaydaları pozulub?
- 03 Apr 2023 11:00
- 533
Gəncə stadionu ərazisində tikilən "Kəpəz" Futbol Akademiyanın inzibati binasında işlər yubanır.
Rekord.az-a daxil olan məlumata görə, yubanmaya səbəb işlər görülən zaman yol verilən bəzi nöqsanlardı.
Deyilənə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli nümayəndələyi bazaya baxış keçirərkən, tikinti normalarının pozulması faktını aşkarlayıblar. Bu səbəbdən həmin nöqsanların təcili aradan qaldırılması üçün xəbərdarlıq edilib. Əsas nöqsan təhlüəsizlik tədbirlərinin düzgün icra olunmaması ilə bağlı olub.