
"Kəpəz"in Futbol Akademiyasında islahatlar gözlənilir
- 07 Mar 2023 17:00
- 644
"Kəpəz"in Futbol Akademiyasında köklü islahatlar gözlənilir.
Rekord.az-a daxil olan məlumata görə, dəyişikliklər hazlrda tikintisi davam edən akademiya istifadəyə veriləndən sonra baş verəcək.
AFFA yeni istifadəyə veriləcək akademiyaya öz məsləhət bildiyi şəxsi direktor təyin etməyi düşünür. Akademiyanın iş fəaliyyətində dəyişikliklər ediləcək. Hələlik bu barədə kluba heç nə deyilmir. Akademiyanın açılışından sonra islahatlara da start veriləcək. Bütün bunlar isə yaya hesablanıb.