
“Kəpəz”in avtobus xərci
- 18 Apr 2023 11:00
- 616
Məlum olduğu kimi, “Kəpəz”in hələ də avtobusu yoxdur və komanda səfər oyunlarına icarəyə götürdüyü avtobusla gedir.
Rekord.az xəbər verir ki, bu, kluba heç də az məbləğə başa gəlmir.
Konkret olaraq, hər səfər üçün klub rəhbərliyi icarəyə götürülən avtobusa görə 650 manat pul xərcləyir. Üstəlik, səfərlər zamanı avtobusda hər hansı nasazlıq yaranarsa, bununb xərcini də klub ödəməlidir.