"Kəpəz"lə bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, mart ayında, pandemiyadan əvvəl Rusiyada böyük ticarətlə məşğul olan bir nəfər gəncəli "Kəpəz"i öz himayəsinə götürmək istəyib.

Həmin şəxs komandanın Premyer Liqaya buraxılacağı təqdirdə sponsorluğa razı olduğunu və ilk mövsüm üçün 5 milyon büdcə ayırmağa hazır olduğunu bildirib. Lakin bir şərtlə ki, klub tamamilə onun himayəsinə verilsin və müstəqilliyi təmin olunsun. Lakin əldə etdiyimiz məlumata görə, AFFA bu şərtlər altında komandanı verməyə razı olmayıb və məsələ bağlanıb.