
"Kəpəz"dən və futboldan gedir
- 2023-05-23 15:00
- 1160
Mövsümün sonunda böyük ehtimalla Tural Axundov "Kəpəz"dən ayrılacaq.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Tərlan Əhmədov növbəti mövsüm üçün Turalı əsas heyətdə görmür.
Bu mənada böyük ehtimalla 35 yaşlı futbolçuya yeni müqavilə təklif olunmayacaq. Ola bilsin ki, Axundov, ümumiyyətlə, futbolla vidalaşıb məşqçiliyə başlasın.