"Kəpəz"də problemlər bitmək bilmir. Stadion, avtobus, həkim, indi də yemək.

Rekord.az-a daxil olan məlumata görə, futbolçuların qidalanmasında da problemlər var.

Əksəriyyəti gəlmələr olan futbolçular bəzən klubun hesabına yemək olmadığı üçün öz ciblərindən yemək almalı olur. Rəhbərlik büdcə təsdiqlənəndən sonra bu məsələnin də yoluna qoyulacağına, futbolçuların gündə 3 dəfə yeməklə təmin olunacağına söz verib. Amma bu, nə vaxt olacaq, onu bilən yoxdur.