
“Kəpəz” “Qarabağ”la oyuna 3 itki ilə çıxacaq
- 04 Fev 2023 11:15
- 420
“Kəpəz” Premyer Liqanın 21-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la ev oyununa itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, Gəncə klubunda üç futbolçu bu görüşdə meydana çıxa bilməyəcək.
Müdafiəçi Zamiq Əliyev cəzalıdır. Digər gənc oyunçu, yarımmüdafiəçi Ruslan Süleymanov xəstədir. Hücumçu Salif Sissenin isə zədəsi var.