
"Kəpəz" Premyer Liqada qalsa...
- 20 Fev 2023 14:00
- 1802
Hazırda "Kəpəz"in və Tərlan Əhmədovun əsas məqsədi elitada qalmaqdı.
Rekord.az xəbər verir ki, əgər komanda Premyer Liqada qalmağı bacarsa, klub rəhbərliyi Tərlan Əhmədova yeni müqavilə təklif edəcək.
Bununla bağlı saytımıza məlumat daxil olub. Əhmədovu dəstəkləyən idarə heyətinin sədri İlqar Nadiri bu məşqçinin gələn mövsümdə də komandanın başında olmasını istəyir. Amma bunun üçün ilk növbədə, dediyimiz kimi, Əhmədov komandanı elitada saxlamalıdır.