“Kəpəz”in Nəbiyev qardaşları - müdafiəçi Yusif və yarımmüdafiəçi Fərid ilə müqaviləsi başa çatıb.

Rekord.az xəbər verir ki, bu üzdən də onlar "Kəpəz"dən ayrılıblar.

Gəncə klubu xidmətlərinə görə Nəbiyevlərə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Son mövsümdə 34 oyuna çıxan Yusif Nəbiyev 2 qol vurub və 2 assist edib. Yusif "sarı-göylər"i kapitan kimi də meydana çıxarıb. Çempionatda 30 oyuna çıxan Fərid Nəbiyev isə 4 dəfə fərqlənməklə 7 qolun ötürməsini verib.