"Kəpəz" Media və PR işləri" üçün ayrılan vəsaiti necə xərcləyir?
- 02 Okt 2023 13:00
- 411
Məlum olduğu kimi, AFFA-nın vasitəsi ilə dövlət tərəfindən klublara ayrılan 3 milyon manat məbləğin konkret xərc istiqamətləri var.
Rekord.az xəbər verir ki, bu xərclərdən biri də "Media və PR işləri"di.
Bəs görəsən klublarımız bu pulları hara xərcləyir, həqiqətən də Media və PR ilə bağlı hansısa işlər görülürmür, görülürsə, konkret hansı işlərdən söhbət gedir. Bu sualla "Kəpəz" klubuna müraciət etdik. Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məsələ ilə bağlı cavabı belə oldu: "Bu istiqamət üzrə ayrılan maliyyə təyinatı üzrə xərclənir. Klubun media və marketinq sahələrində həyata keçirdiyi işlərə sərf olunur. Müəyyən sosial tədbirlərin həyata keçirilməsinə xərclənən vəsait də bu istiqamətdədir".