
"Kəpəz" gələn mövsüm Bakıya köçə bilər
- 06 Mar 2023 13:00
- 849
"Kəpəz" klubu yayda Gəncə stadionuna əl gəzdirməlidir.
Rekord.az-a daxil olan məlumata görə, AFFA və PFL bu mövsümlük kluba güzəşt etdi.
Lakin növbəti mövsüm hazırkı şərtlər altında Gəncə stadionuna Premyer Liqa matçlarının təyin olunacağı çətin görünür. Əldə etdiyimiz məlumata görə, bununla bağlı klub rəhbərliyinə və Gəncə şəhər rəhbərliyinə də məlumat verilib. Stadionun yenidən qurulması 2023-cü ildə real görünmür. Amma stadionun inzibati binasına, soyunub-geyinmə otaqlarına, mərkəzi tribunaya mütləq şəkildə əl gəzdirilməlidir.