Dünən keçirilən "Kəpəz" - "Şamaxı" matçından sonra maraqlı hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi qələbə qazansa da əks tribunada toplaşan azarkeşlərin yanına getməkdən imtina ediblər.

Səbəb isə həmin azarkeşlərin baş məşqçi Tərlan Əhmədədovu istefaya səsləməsi olub. Futbolçular bunun əvəzində mərkəzi tribuna tərəfdən soyunub-geyinmə otağına yollanan zaman burada onları alqışlayan azarkeşlərə əl yelləyərək, onlara təşəkkür edib.