
"Kəpəz" daha bir futbolçu ilə anlaşdı
- 13 İyn 2022 20:18
- 686
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz" transferlərə davam edir.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi komandada uzun illərdir ki, forma geyinən Tural Rzayevlə də yeni müqavilə imzalayıb.
"Kəpəz" yetirməsi olan 28 yaşlı futbolçu karyerası ərzində “Yonava”, “Merani” klubalarında çıxış edib.
Yola saldığımız sezon Gəncə klubuna birinci divizionda kömək etmiş futbolçu ilə 1 illik müqavilə imzalanılıb. (sportal.az)