Dünən Tovuzda oynanılan "Turan Tovuz" - "Kəpəz" matçından sonra xoşagəlməz görüntü ortaya çıxıb.

Rekord.az xəbər verir ki, "Kəpəz" azarkeşlərinin yer aldığı sektordakı xeyli oturacaq sındırılıb.

Tovuz tərəfi oturacaqları məhz məğlubiyyəti həzm etməyən "Kəpəz" azarkeşlərinin sındırdığını bildirib.