Moskva "Spartak"nın sabiq futbolçusu Valeriy Keçinovn Rusiya çempionatları tarixində ən yaxşı hesab etdiyi əcnəbi məşqçinin adını açıqlayıb.

Rekord.az xəbər verir ki, Keçinov bu mənada sabiq "Zenit"li Dik Advokatı fərqləndirib.

Qeyd edək ki, Advokat 2006-09-cu illərdə "Zenit"in baş məşqçisi olub, bu müddətdə Rusiya çempionu və superkubokunun sahibi olub. Eyni zamanda UEFA kubokunun və UEFA suoerkubokunun da sahibi olmağı bacarıb.