"Danışırsan, razılığa gəlirsən, sonra qaçıb gizlənir" - MÜSAHİBƏ
- 20 İyl 2026 14:30
- 244
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Sumqayıt"la 1:1 başa çatan yoxlama görüşündən sonra Rekord.az-a müsahibə verib:
- Hazırlıq necə gedir, əhval-ruhiyyə necədir?
- Hazırlıq plan üzrə gedir. Yüklənmə çoxdur, hazırlığın ilkin mərhələsi idi, başa vurduq. Artlq hazırlığın ikinci mərhələsinə başlayacayıq. Tədricən sürəti artırmalıyıq. Uşaqlardan razıyam. Əlbəttə ki, bərpa prosesini də keçməliyik, uşaqlar bərpa olunmalıdır. Çox işləmək lazımdı, amma çox çətindi.
- Nə mənada çətindi?
- O mənada ki, kiminləsə danışırsan, razılığa gəlirsən, sonra həmin futbolçu sözündən qaçır, gizlənir bu, dəhşərdir. Adam səninlə müqavilə bağlayır, sonra qaçıb gizlənir.
- Səbəb nə olur?
- Mənə elə gəlir ki, onlar bizdən istifadə edirlər. Söz verirlər, sonra da harasa gedirlər.
- Bundan sonra necə olacaq?
- Çətindi, amma bu yöndə fəaliyyətimizi davam etdiririk. Limit də var, onu da nəzərə alırıq.
- Transfer siyahınız nə dərəcədə genişdi?
- Geniş deyil, amma hər mövqeyə futbolçu lazımıdır. Minimum 3-4 futbolçu. Bir hücumameylli futbolçu var, bu gün gəlməlidir, ümid edirəm ki, onunla razılıağ gələ biləcəyik.
- Daha çox hansı mövqeyə futbolçu lazım olduğunu düşünürsünüz?
- Bütün mövqeylərə. Bu arada gənc futbolçularımızdan da çox razıyam, öz üzərlərində işləyirlər, Nicat, Süleyman, Fərid hansı ki, ötən mövsümdə bizimlə olublar, özünəinam qazanıblar. Bu isə məni çox razı salır.
- Qarşınıza qoyacağınız hədəf nə olacaq?
- Ötən mövsümkü nəticə qətiyyən bizi qane etmədi. Oyun baxımından futbolçularıma iradım yox idi. Taktiki, texniki baxımdan çox yaxşı idi. Sadəcə, qol epizidlarını reallaşdıra bilmirdik. Bunu da təcrübəsizliyə bağlayardım. Artıq düşünürəm ki, yerli futbolçuların təcrübəsi artıb. Ümid edirəm ki, yeni futbolçular da komandaya əlavə güc qatacaq və biz turnir cədvəlində 12-ci, 11-ci, 10-cu yerdə yox, daha yuxarılarda olacayıq. Hər halda, buna çox ümid edirəm.
- Yeni mövsümün püşkü atılıb, püşkə münasibətiniz?
- Bütün komandalar Premyer Liqa komandalarıdır və hamısı ilə də oynayacaqsan. Bu mənada fərqi yoxdur, kiminlə oynayacaqsan və harada oynayacaqsan.
Anar XANLAROV