Coratda voleybol yarışı keçirilib
- 20 İyl 2026 19:22
- 60
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Badamlı”nın dəstəyi ilə 15 iyul 2026-cı il tarixində “Sağlam Gənclik Günləri” çərçivəsində Corat qəsəbəsi Regnium restoranının qarşısında “Xəzərin sahilində həyəcan” adlı həvəskar gənclər arasında Voleybol yarışı keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olub.
Yarışın nəticələrinə əsasən I yerə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin eyni adlı komandası, II yerə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin “Schultig” komandası, III yerə isə Regional İdarənin könüllülərindən ibarət "Yuxu" komandası layiq görülüb.
Qalib komandalara Regional İdarənin diplom və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, yarışda şəhərimizdə səfərdə olan Almaniya və Türkiyə dövlətindən olan gənclər də iştirak edib.