"Torpedo"nun büdcəsi "Zirə"dən qat-qat çoxdur
- 20 İyl 2026 19:00
- 127
"Qəbələ"nin gürcü baş məşqçisi Kaxaber Sxadadze "Zirə"nin Kutaisi "Torpedo"su üzərindəki qələbəsini şərh edib.
Rekord.az-a açıqlama verən gürcü məşqçi nəticənin onun üçün gözlənilməz olduğunu bildirdi.
Bunu hətta dəhşət adlandırdı: "Nəticə əlbəttə ki, mənim üçün gözlənilməz oldu. Çoxları üçün gözlənilməz oldu. Çünki "Zirə" Gürcüstanın ikinci komandasını 6:0 məğlub etdi. Bu, dəhşətdi. "Torpedo"nun büdcəsi "Zirə"nin büdcəsindən qat-qat çoxdur, Bu amil özü Azərbaycan çempionatının səviyyəsindən xəbər verir. Mən hələ ötən mövsüm demişdim ki, Azərbaycan çempionatının səviyyəsi günbəgün artır".