"Sumqayıt" çətin vəziyyətdə qaldı, hakimlər güzəşt elədi
- 20 İyl 2026 16:22
- 112
Dünən "Sumqayıt"la "Qəbələ" arasında keçirilən yoxlama görüşündə diqqətimizi maraqlı məqam çəkdi.
Rekord.az xəbər verir ki, "Sumqayıt"ın bir neçə futbolçusu əvəzlənsə də, sonradan yenidən meydançaya qayıtdılar.
Əldə etdiyimiz məlumata görə, buna səbəb Sumqayıt klubunun düşərgəsində olan futbolçu qıtlığıdır. Belə ki, "Qəbələ"dən fərqli olaraq, "Sumqayıt"ın ehtiyatında cəmi dörd sahə oyunçusu var idi. Havanın eda isti olması əvəzləmələrin çoxluğunu zəruri edirdi. Buna görə də hakimin icazəsi ilə "Sumqayıt" eyni futbolçuları iki dəfə əvəzləməli oldu.