"Region Liqası"nda mübarizə aparan "Karvan"ın taleyi naməlum olaraq qalır.

Rekord.az xəbər verir ki, Yevlax təmsilçisi hələ ki, duruş gətirib oyunlara çıxsa da, ümumi vəziyyət çox pisdir.

Komanda hələ də sponsor tapa bilmir. Baş məşqçi Kənan Kərimov etiraf edib ki, komandanın gələcək taleyi qaranlıqdır: "Çalışırıq sponsor məsələsini həll edək. Lakin hələ də müsbət heç nə yoxdur. Yenə üz tuturam Yevlaxın imkanlı şəxslərinə ki, komandata öz dəstəklərini göstərsinlər. Açığı deyim, komandanın dağılmayacağına dair əminliklə söz verə bilmirəm".