
"Karvan"ın hədəfi Premyer Liqa olacaq
- 11 Apr 2023 12:00
- 619
Yeni mövsümdən I Divizionda çıxış edəcəyi gözlənilən "Karvan" haqqında zaman-zaman yeni məlumatlar paylaşırıq.
Rekord.az son olaraq komandanın divizionda yarım milyon büdcə ilə oynayacağını yazmışdı.
Bunun 300 minini dövlət, 200 minini isə klubun sponsoru qarşııayacaq. Komandanın hədəfinə gəlincə, aldığımız son məlumata görə, Yevlax təmsilçisi Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparacaq və bu səbəbdən indidən bir neçə güclü futbolçu ilə danışıqlara start verilib.