Bir müddət əvvələ qədər müzakirə olunan məsələlərdən biri də “Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın tutumunun artırılması idi.

Lakin Rekord.az xəbər verir ki, artıq bu məsələ gündəmdən düşüb.

İlk növbədə ona görə ki, maliyyə yoxdur. Daha doğrusu, “Azərkimya” kluba infrastruktur üçün maliyyə ayırmağı düşünmür. İkincisi, Mehdi Hüseynzadə adına stadion yenidən qurulduğu üçün komanda gələn ildən ev oyunlarını orada keçirəcək. “Kapital Bank Arena” isə sadəcə, məşq meydançası olacaq.