İtaliyalı futbolçu Davide Santon futbolçu karyerasını başa vurub.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”in yetirməsi sayılan 31 yaşlı italiyalı “Çezena”, “Nyukasl” və “Roma” oynamışdı. Karyerası ərzində 293 oyuna çıxan Santon iki qol vurub, 14 məhsuldar ötürmə edib.

O, İtaliya millisində də 8 oyun keçirib. Santon karyerası boyu ciddi zədələrlə mübarizə aparıb. Sonda isə o, karyerasını 31 yaşında başa vurmağa məcbur olub. 

O, son olaraq "Roma"da çıxış edib.