“İspaniyanı dayandıracaq qədər güclü deyildik”
- 01:00
- 31
Futbol üzrə Səudiyyə Ərəbistanı millisi İspaniya yığmasını dayandıracaq gücdə deyil.
Rekord.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının baş məşqçisi Yorqos Donis İspaniyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis komandasının güclü rəqibə qarşı çıxış etdiyini bildirib:
"İspaniyanı cərimə meydançamızın ətrafında dayandıracaq qədər güclü deyildik. Həddindən artıq çox səhvə yol verdik. Oyun istədiyiniz kimi getməyəndə və qısa müddət ərzində üç qol buraxanda özünüzə inamınız sarsılır.
Komandanı sakitləşdirməyə çalışdıq, amma bu vəziyyət bizə təsirsiz ötüşmədi. Böyük turnirlərdə belə halların tez-tez baş verdiyini görürük. Düşünürəm ki, bu, tamamilə aydındır".
İspaniya - Səudiyyə Ərəbistanı oyunu 4:0 hesabı ilə başa çatıb.