
İspaniya millisində ciddi itki
- 14 Sen 2022 16:47
- 416
İspaniyanın "Betis" klubunun heyətində ciddi itki baş verib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Xuanmi topuğundan sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Avropa Liqasının qrup mərhələsinin HİK-lə səfər matçında (2:0) zədələnən forvard azı 3 ay olmayacaq.
İspaniya millisinin üzvü Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.