Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub. Rekord.az xəbər verir ki, 3-cü oyun günündə A, B, və C Liqalarında ümumilikdə 9 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda İspaniya İsveçrəni, Çexiya Portuqaliyanı qəbul edib. Pireneylilər doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşiblər. Səfərdə Çexiya ilə qarşılaşan portuqaliyalılar isə darmadağına seviniblər.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanla, İrlandiya Şotlandiya ilə qarşılaşıb. Ukrayna yığması 5 cavabsız qola sevinibsə, şotlandlar çətinliklə qalib gəliblər.

2-ci qrupda 1 oyun baş tutub. İsrail evdə Albaniyanı sınağa çəkib. Meydan sahibləri rəqibini məğlub etməklə həm də adını pley-offa yazdırıb.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç Serbiya ilə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovoya qalib gəlibsə, Kipr də Yunanıstanı məğlub yola salıb. Məğlubiyyətə baxmayaraq, yunanlar həm pley-offa, həm də B Liqasına vəsiqəni təmin ediblər.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur

24 sentyabr

A Liqası, 2-ci qrup

İspaniya – İsveçrə 1:2
Qol: Alba, 55 – Akanji, 21. Embolo, 58.

Çexiya – Portuqaliya 0:4
Qol: Dalot, 33; 52. B.Fernandes, 45+2. Jota, 82.

Xal: Portuqaliya – 10. İspaniya – 8. İsveçrə – 6. Çexiya – 4.

B Liqası, 1-ci qrup

Ermənistan – Ukrayna 0:5
Qol: Timçuk, 22. Zubkov, 57. Dovbik, 69; 84. İqnatenko, 81.

Şotlandiya – İrlandiya 2:1
Qol: Hendri, 50. Kristi, 81-pen – Eqan, 18.

Xal: Şotlandiya – 12. Ukrayna – 10. İrlandiya – 4. Ermənistan – 3.

B Liqası, 2-ci qrup

İsrail – Albaniya 2:1
Qol: Vaysmann, 46. Baribo, 90+2 – Uzuni, 88.

Xal: İsrail - 8, İslandiya - 3, Albaniya - 1, Rusiya - 0

B Liqası, 4-cü qrup

Sloveniya – Norveç 2:1
Qol: Şporar, 69. Şeşko, 81 – Haland, 47.

Serbiya – İsveç 4:1
Qol: Mitroviç, 18; 45+1; 50. Lukiç, 70 – Klaesson, 15.

Xal: Norveç – 10. Serbiya – 10. Sloveniya – 5. İsveç – 3.

C Liqası, 2-ci qrup

Şimali İrlandiya – Kosovo 2:1
Qol: Uayt, 82. Macennis, 90+3 – Muriqi, 58.

Kipr – Yunanıstan 1:0
Qol: Tsionis, 18.

Xal: Yunanıstan – 12. Kosovo – 6. Şimali İrlandiya – 5. Kipr - 5.