İspaniya Avstriyanı darmadağınla üstələdi
- 01:03
- 35
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın növbəti oyununda İspaniya və Avstriya yığmaları qarşılaşıb.
Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar 3:0 hesablı qələbə qazanıblar. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.
İspaniyanın 1/8 finaldakı rəqibi Portuqaliya - Xorvatiya cütünün qalibi olacaq.