İsmayıllıda üzgüçülük dərsləri
- 20:00
- 32
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində üzgüçülük dərsləri keçirilir.
Rekord.az xəbər verir ki, üzgüçülük layihəsində şəhər ümumtəhsil məktəblərindən seçilmiş 1-8-ci sinif şagirdləri iştirak edir. Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.
Bir ay davam edəcək üzmə dərsləri bölgü üzrə həftə içi müəyyən günlərdə, müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən keçirilir.