İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı məktəb - liseydə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi İsmayıllı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "27 Sentyabr - Anım Günü"nə həsr olunmuş məktəbli oğlanlar arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, tədbirdə DŞR Gənclər və İdman İdarəsinin rəis müavini və idman sektor müdiri, İsmayıllı şəhər 3 saylı məktəb-liseyin direktoru, fiziki tərbiyə müəllimləri və məktəblilər iştirak ediblər.

 3x3 formatında keçirilən birinciliyə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra start verildi.

Yarışın keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsin əbədiləşdirmək, yeniyetmə və gənclərdə vətəndaşlıq, vətənpərvərlik hissini aşılamaq, məktəblilər arasında basketbol idman növünə marağın artırılması və təşviqindən ibarət olmuşdur.

Yarışda I yeri İsmayıllı şəhər 3 saylı məktəb-liseyin;

II yeri İsmayıllı rayon Diyallı kənd tam orta məktəbin;

III yeri isə İsmayıllı şəhər 7 saylı tam orta məktəbin və İsmayıllı rayon İvanovka kənd tam orta məktəbin komandaları qazanıb .Qalib komandalar DŞR Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.