Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə mübarizə davam edir.

Rekord.az xəbər verir ki, Azərbaycan bu turnirdə 10 nəfər – 3 qadın və 7 kişi idmançı ilə mübarizə aparır.

Bu gün onlardan daha biri – Dadaş Dadaşbəyli mübarizəyə qoşulub. İdmançımız 102 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 174 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazanıb.

Təkanla qaldırma hərəkətində 210 kq-ın öhdəsindən gələn idmançımız bu hərəkətdə 5-ci yeri tutub.

Toplam 384 kq (174+210) nəticə ilə Dadaş Dadaşbəyli yekun sıralamada 4-cü yerə layiq görülüb.