Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir.


Rekord.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.


Qarabağın dilbər guşəsi Suqovuşanda təşkil olunan yarışdan öncə ön sözlə çıxış edən nazir bütün iştirakçılara uğurlar arzulayıb:


"Hər kəsi böyük idman bayramı münasibəti ilə təbrik edirəm. Ölkə başçısı, İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir. Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək".