Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Arsenal”a (İngiltərə) 0:3 hesabı ilə məğlub olan “Dandalk” turnirin tarixinə düşüb.

Rekord.az xəbər verir ki, İrlandiya klubunun heç bir futbolçusu oyun ərzində qayda pozuntusuna yol verməyib. Halbuki, meydan sahibləri 20 dəfə qaydanı pozublar.

Bununla da sözügedən komanda Avropa Liqası tarixində bir oyunda qaydanı pozmayan ilk klub kimi turnirin tarixinə keçib.

“Dandalk” qrup mərhələsində keçirdiyi iki oyunda xal hesabını aça bilməyib.