İngiltərə millisinin keçmiş hücumçusu Teo Uolkott “Sauthempton”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 34 yaşlı forvard bu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

Futbolçunun klubla müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədərdir. Komandanın Çempionşipə yuvarlanması Uolkottu da ayrılmağa məcbur edib.

Uolkott “Sauthempton”un öz yetirməsidir. O, 16 yaşında bu klubun əsas komandasında debüt edib. Daha sonra uzun illər “Arsenal” və “Everton”da oynamış hücumçu 2020-ci ildə yenidən “Sauthempton”a qayıtmışdı. O, bu komandada bütövlükdə 82 oyuna çıxıb, 10 qol vurub.