
İngiltərə millisi antirekordunu təkrarladı
- 27 Sen 2022 12:15
- 479
Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, Qaret Sautqeytin baş məşqçi olduğu komanda 6 rəsmi oyunda qələbə qazana bilməyib.
Britaniyalılar UEFA Millətlər Liqasında keçirdiyi 3 matçda heç-heçə edib, eyni sayda məğlubiyyətlə üzləşib. Yığma son olaraq 1993-cü ildə uğursuz seriya ilə yadda qalıb.
Xatırladaq ki, A Liqasında 3-ü qrupu 3 xalla sonuncu pillədə başa vuran İngiltərə millisi B Liqasına düşüb.