
"İmişli"nin Qubada oynaması yalnız bu halda mümkün olacaq
- 12:00
- 178
PFL Quba stadionunda çatışmamazlıqlar olduğunu əsas gətirib "İmişli"yə burada oynamağa icazə vermədi və onlara problemləri aradan qaldırmaq üçün sentyabra kimi vaxt verdi.
Lakin Rekord.az xəbər verir ki, problemlərin həllinə başlamamışdan öncə klubla stadion rəhbərliyi arasında müqavilə bağlanmalıdır.
Müqavilə olmayacağı təqdirdə heç kim cibindən pul xərcləyib ona aidiyatı olmayan stadion üçün hansısa işi görməyəcək. Müqavilə üçün isə icarə haqqında ortaq məxrəcə gəlmək lazımdır. "İmişli" rəhbərliyi bir oyun üçün onlardan tələb olunan icarə haqqının yüksək olduğunu düşünür. Stadion rəhbərliyi isə "o qədər legioner gətirirsiniz, stadiona çatanda pulunuz olmur?" prinsipi ilə yanaşaraq qiymətdə güzəşt etmək istəmir. Bu səbəbdən də məsələ açıq olaraq qalır.