
“İmişli” sabiq futbolçusunu geri qaytardı
- 09 Avq 2025 16:00
- 48
"İmişli" klubu sabiq futbolçusu Xəzər Mahmudovu geri qaytarıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
2023/2024 mövsümündə də "İmişli"də oynamış futbolçunun son klubu Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” olub.