"İmişli" braziliyalı futbolçu Ronaldo Souza ilə yolları ayırıb.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


28 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.


Xatırladaq ki, "İmişli" ötən yay Ronaldo Souza ilə 1 illik müqavilə bağlamışdı.