
“İmişli” portuqaliyalı hücumçu ilə gücləndi
- 00:38
- 36
"İmişli" növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Dioqo Almeydanı heyətində qatıb. 24 yaşlı portuqaliyalı mərkəz hücumçusu ilə 2 illik müqavilə imzalayıb.
"İmişli" daha öncə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Luis Fernando Silvestr Junior, Yav Mozes və Tuncay Yusiflini də transfer etmişdi.