Hazırda I Divizionun autsayderlərindən olan "İmişli" növbəti mövsüm fərqli hədəflər üçün oynayacaq.

Rekord.az-a daxil olan məlumata görə, 6 illik fasilədən sonra yenidən doğma stadiona qayıdan komanda 2023-24-cü il mövsümü iddialı olmağı hədəfləyib.

Rayon rəhbərliyindən, icra başçısından dəstəklə bağlı vəd alan klub rəhbərliyi indidən heyətin gücləndirilməsi ilə bağlı fəaliyyətə başlayıb. Artıq bir neçə futbolçu ilə danışıqlara da başlanılıb.