Quba Olimpiya Kompleksinin meydançasının bərbad durumu müzakirələrə yol açır. 

Rekord.az xəbər verir ki, "Araz Naxçıvan"la son matçda qazon palçığa dönmüşdü.

Nəzərə alsaq ki, hazırda qış ayıdır, qarşıda hələ fevral, mart ayları var, Quba da yağıntının çox düşdüyü yerdi o zaman Quba stadionun çox tab gətirəcəyi inandırıcı deyil. Üstəlik, stadionda kifayət qədər digər problemlər də var. Deyilənə görə, PFL də buna görə İmişli klubuna xəbərdarlıq göndərib. Ehtimal var ki, "İmişli" yaxın zamanlarda ev oyunlarını keçirmək üçün başqa stadion axtarmalı olacaq. Əslində ölkədə Premyer Liqa oyunlarını qəbul edəcək səviyyədə stadion da çox azdır. "İmişli" Quba stadionuna qədər rəqiblərini Şamaxıda da qəbul edib. Amma hazırda bu stadionda da yüklənmə var. Əldə etdiyimi məlumata görə, Şamaxı alınmasa, "İmişli" rəqiblərini Sumqayıtda qəbul etmək istəyir. "Mehdi Hüseynzadə" adına stadionda yox, ehtiyat "Socar Polimer Arena"da.