
"İmişli" ilə "Karvan" Şamaxıda havayı oynayır
- 13:00
- 50
Stadion problemi ilə üzləşən "Karvan" və "İmişli" ev oyunlarını Şamaxıda keçirir.
Lakin Rekord.az xəbər verir ki, bunun üçün heç bir klub icarə haqqı ödəmir.
Məsələ burasındadır ki, Şamaxı stadionu federasiyanın balansındadır. Hər iki komandanın Şamaxıda oynamasına da qərarı AFFA verib. Ara yerdə olan "Şamaxı"ta olub. Çünki iki komandanın əlavə olaraq, ev oyunlarını bu rayonda keçirməsi "Şamaxı" Futbol Akademiyasının planlarını tamam pozur və "Şamaxı"nın aşağı yaş qruplarından ibarət komandalarının həftəsonu üçün planları alt-üst olur.