AFFA-nın «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiriyə borcu yaranıb.

Rekord.az xəbər verir ki, bu məbləğ artıq 100 min manata yaxındır.

Məsələ ondadır ki, Gəncə təmsilçisinin Premyer Liqaya qayıdışı yerli iş adamının sayəsində gerçəkləşib.

Belə ki, o, komandanın formalaşdırılması, yeni futbolçuların düşərgəyə dəvət olunması, təlim-məşq toplanışları, geyim dəstlərinin alınması və digər xərclərin hamısını şəxsi vəsaiti hesabına qarşılayıb.

Sərf etdiyi məbləği klubun hesabına köçürən İ.Nadiri hesabatı AFFA-ya təqdim edib. (sportinfo.az)