
İki boksçumuz Rusiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- 08 Sen 2025 20:30
- 37
Azərbaycanın iki boksçusu bu gün Rusiyanın Çita şəhərində start götürən gənclər arasında "Eurasian Dauria cup" beynəlxalq turnirində mübarizə aparacaq.
Rekord.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçi Ceyhun Əbiyevin rəhbərliyi altında rinqə Nihat Qasımov (51 kq) və Vüsal Xəlilov (63,5 kq) çıxacaqlar.
Qeyd edək ki, sentyabrın 13-də yekunlaşacaq yarışa ümumilikdə 150 boksçu qatılıb.