Yeni mövsümdən II Liqada çıxış edəcək "Ağstafa Gəncləri" azarkeşlərinə çağırış edib.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi bütün ağstafalılara çempionat oyunları zamanı stadiona gəlməyə və bilet alaraq komandalarına həm mənəvi, həm də maddi dəstək olmağa çağırıb.

Qeyd edək ki, II Liqada yeni mövsüm sentyabrın əvvəli start götürəöcək. Ağstafada keçiriləcək oyunlara giriş 1 manata olacaq.