
İcraiyyə Komitəsinin iclasında ciddi heç nə gözlənilmir
- 21 Fev 2023 15:00
- 606
Məlum olduğu kimi, martın 7-də AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.
Rekord.az xəbər verir ki, konfransdan sonra İcraiyyə Komitəsinin də iclası nəzərdə tutulub və iclasda bir sıra məsələlər müzakirə olunacaq.
Lakin saytımıza daxil olan məlumata görə, ümumilikdə iclasda hansısa ciddi qərarın qəbul olunacağı gözlənilmir. AFFA prezidenti Rövnəq Abdullayevin istefasına dair da müəyyən söhbətlər yayılıb, lakin daxil olan məlumata görə, Abdullayevin 2024-cü ilin martına kimi federasiya prezidenti kimi fəaliyyətini davam etdirəcək.