
İcra başçısı "İmişli"nin oyunlarına mükafat vəd edib?
- 14 Apr 2023 16:00
- 419
Ötən gün I Divizion çərçivəsində keçirilən "İmişli" - "Qarabağ-2" matçını izləyənlər arasında rayonun icra başçısı Elçin Rzayev də var idi.
Rekord.az-a daxil olan məlumata görə, futbola marağı olan başçı stadiona olan azarkeş axınından daha da həvəslənib.
Hətta bundan sonra "İmişli"nin ev oyunlarında qələbə üçün mükafat da vəd edib. Bir sözlə, icra başçısı komandaya bacardığı qədər dəstək olmağa çalışacağını bildirib.