Bir müddət öncə zədə səbəbindən yayda futboldan gedə biləcəyinə işarə vuran Zlatan İbrahimoviç sonradan qərarını dəyişdi.

Rekord.az xəbər verir ki, o, daha 1 il futbol oynamaq haqda düşünür.

"Milan" da artıq futbolçuya şifahi olaraq 1 illik yeni müqavilə təklif edib. İbra isə hələlik seçim etməyib. Çünki ona ABŞ-dan da təklif var.