"Los Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviç İtaliyaya köçür.

Rekord.az xəbər verir ki, isveçli forvard "Milan"la anlaşıb.

A seriyasının XVII turunda "Atalanta"ya böyükhesablı məğlubiyyətdən (0:5) sonra "rossonyerlər" bir neçə oyunçu ilə danışıqları intensivləşdirib ki, onlardan biri də Zlatandı. ABŞ klubundan ayrılan və azad agent olan veteran forvardla hərtərəfli anlaşma da əldə edilib. Onun yeni ilin ilk günlərində rəsmi sözləşməyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Zlatan İbrahimoviç geridə qalan mövsüm MLS liqasında iştirak etdiyi 31 matçda 31 qol, 8 assistlə yadda qalıb.